22 May 2019 20:30
1 728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkə istifadəçiləri bir araya gələrək tanışlıq saytlarında ünsiyyət qurarkən istifadə olunan “ən populyar yalanlar”ın siyahısını hazırlayıblar.

Teleqraf.com “BuzzFeed” saytına istinadən xəbər verir ki, birinci sırada özünü tanışlıq saytında xam, naşı kimi göstərmək arzusunda olmaq, yaxud riyakarlıq edərək münasibətlərdə təcrübəsiz olduğunu demək dayanır.

Populyarlığına görə ikinci yerdə profil anketində karyera nərdivanında “yüksəlmə”nin (həqiqətdə isə belə bir nərdivan yoxdur) göstərilməsi dayanır. Üçlüyü xəyali səyahət “liderləri” – özünü frelanser və bloger kimi göstərmək, dünyanı gəzib dolaşdığını iddia etmək və planetin istənilən nöqtəsində “işləmək” dayanır.

Bir sıra insanlar etiraf ediblər ki, onlar keçmiş əlaqələrdən söhbət gedəndə yalan danışmağa üstünlük verirlər. Belə ki, yeni tanışlığa can atanlar keçmiş sevgililəri ilə dost olaraq qalmağa və ona kömək etməyə hazır olduqlarını bildiriblər. Bu da onların özlərini etibarlı və konfliktə meyl etməyən şəxs kimi göstərmək arzusundan irəli gəlir.

Top-5-i “tək olmaq kiminsə cənginə keçməkdən daha yaxşıdır” devizi ilə yaşayan qürurlu tənhalar qapayır. Onlar adətən yeni həmsöhbətlərinə münasibətlərə hazır olmadıqlarını, yalnız indi bu anın yetişdiyini deyirlər.


Müəllif: Səxavət

Oxşar xəbərlər