31 May 2019 08:05
2 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüksək kimyəvi dayanıqlığa malik olan 4 milyard yaşlı zirkon kristalları dünyanın yaranmasına dair ciddi ip ucları verir. Elm adamları bu izləri təqib edərək, həyatın yaranmasındakı bio-kimyəvi reaksiyaları ortaya çıxarmağa çalışırlar.

Teleqraf.com xəbər verir ki, dünyanın müxtəlif bölgələrindəki qayalıqlarda 4.1 milyard yaşında olan zirkon mineralları tapılıb.

Elm adamlarının “zaman kapsulu” adlandırdığı bu kristallar həyatın yarandığı mühitlə bağlı yeni detalların öyrənilməsinə kömək edə bilər.

Yəni, zirkon kristalları dünyanın yaranma şəraiti haqda ilk siqnallar hesab olunur. Roçester Universitetinin alimi Dastin Trail zirkonların planetimizin inkişaf mərhələsindən qalmış yeganə dəlil olduğuna inanır.

Trail və həmkarları “Proceeding of the National Academy of Science” bu barədə yaranmış suallara cavab tapmağa çalışır. Zirkonlardakı kimyəvi elementlərdən istifadə edən elm adamları ən qədim biokimyəvi reaksiyaların baş verdiyi ibtidai dünyaya aid olan bir sıra qalıq təsbit edib. “ASTER” komsik cihazı Avstraliyanın Cek Hills bölgəsində hələlik çıxarılmayan və təxminən 4.4 milyard il əvvələ aid olduğu bildirilən Yer qabığının zirkonla zəngin ən qədim parçasını qeydə alıb.

4 milyard il əvvəl nə baş verib?

4.5 milyard il əvvəl Yer kürəsi yaranarkən bugünkündən fərqli olaraq, intensiv meteorit yağışı altında qalan və vulkanik partlayışlar səbəbindən lavalarla dolu bir səthə malik idi. Elm adamları bu prosesi “Hadean” adlandırıb.

Elm adamlarına görə, Yer kürəsi süxurda plitə tektonikası ilə qədim süxurları dəyişən və lava axınları ilə yeni yaranmış torpaq səthini sərtləşdirən bir prosesi təkrar edir. Dünyanın yaranmasının ilk bir neçə yüz milyon ili ilə bağlı heç bir dəlil qalmadığı üçün müxtəlif nəzəriyyələr irəli sürülür. Sərt quruluşa malik olması səbənindən bu təkraredici prosesdəki yüksək təzyiq və temperatura əsaslanan zerkon kristalları dünyanın ilk inkişaf mərhələsi ilə bağlı ip ucları verir. Oksigen izotoplarını öz daxilində toplayan zirkonlar planetimizin bəzi bölgələrinin 4.3 milyard il əvvəl su altında olduğunu ortaya çıxarıb. Araşdırmaçılar Yer səthinin planetin yaranmasından sadəcə bir neçə yüz milyon il sonra soyuduğunu ehtimal edirlər.

Həyatın yaranması…

Keçən illərdə isə araşdırmaçılar 4,1 milyard illik zirkonlarda karbonla zəngin qalıntılar tapdı və həyatın yaranma kökəninə bir qədər də yaxınlaşdılar. Ucla Universitetinin bir qrup elm adamı Qərbi Avstraliyada tapılan 10 min zirkon üzərində araşdırma aparıb. Araşdırmaçılar bu zirkonlardan 656-sində qara ləkə təsbit edib, 79-nu isə xüsusi prosedurla analiz ediblər. Kimyəvi araşdırmadan sonra bu 79 zirkondan birinin 2 hissəsində qrafit və saf karbon tapılıb. Elm adamları hələlik qrafitin yaşını təxmin edə bilmir, lakin məlum olan budur ki, zirkon 4,1 milyard yaşındadır və qrafit bundan da qədimdir.

Sirli kristallar…

Trail və həmkarları istifadə edilmə xüsusiyyətinə malik və bu gün qayalıqların 75%-də tapılan silisium və oksigen üzərindən dünyanın yaranmasının ilkin dövrlərini araşdırmağa başlayıb. Zirkonlarda olan oksigen və silisiumun analizində son dərəcə həssas olan ölçü metodlarından istifadə edilib. Bu məqsədlə Cek Hillsdən 4 milyard illik zirkonlar toplanılıb. Elm adamları bu qədim mineralların kimyəvi quruluşunu öyrənmək üçün daha diqqətə çarpan kökənə malik olan azyaşlı zirkonlarla müqayisə ediblər.

Analizin nəticəsi…

Müxtəlif mühitlərdə su və qayalarla qarşılıqlı əlaqələrini ortaya çıxarmaq üçün sınaqdan keçirilmiş bəzi zirkonlar suyun yaratdığı qayaların kimyəvi elementlərini daşıyırlar. Digər zirkonlar okeanlar və göllərdə dəmirin meydana gəlməsində iştirak etmiş kvarslı qaya tipi və ya kristallaşdırılmış mineral izlərinə malikdir. Bəzi zirkonlar isə suyun maqnezium və dəmirlə zənginləşdirilmiş qayalarla reaksiya girərək özünü bu strukturlara daxil edən bir prosesi ehtiva edir. Ən əsası, zirkon izlərinin müəyyənləşdirildiyi bu proseslərdən hər birinin ilk biokimyəvi reaksiyaların həyatın başlanğıcı olduğu ətraf mühit boşluğunun yaranmasında iştirak etdiyi ehtimalı idi.

Bu nəticə Ucla Universitetində Elizabet Bell və heyətinin ehtimallarını təsdiq edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər