26 İyun 2019 07:05
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hidrogen yanacağı ilə işləyən ilk elektrik avtobusları Uden şəhərində fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, 6 ədəd elektrik avtobusu hər gün 13 km uzunluğunda marşrut xəttində hərəkət edəcək. Yeni ictimai nəqliyyatın damında qurulmuş çəndə 30 kq-dək hidrogen yerləşdirmək mümkündür, həmçinin orada qazı elektrik enerjisinə çevirən yanacaq elementi yerləşdirilib.

Xüsusi stansiyada yanacağın doldurulması həyata keçirilir, tam dolu çənə malik avtobus bütün günü işləyə bilər.

Yeni layihə karbon qazı tullantılarının həcmini azaltmaq üçün nəzərdə tutulub. Ekspertlərin qiymətləndirməsinə görə, azaltmanın səviyyəsi ildə 530 tonadək təşkil edəcək. Bundan başqa, nəqliyyat tamamilə səssiz və ekologiya üçün təhlükəsizdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər