ABŞ federal prokurorluğu həbsdə olan “El Çapo” ləqəbli məşhur narkotik baronu Xoakin Qusmandan 12,6 milyard dollar tələb edib.
Teleqraf.com xəbər verir ki, narkotik ticarətindən milyardlar qazanan və gəlirinin böyük bir hissəsini saxladığı iddia olunan Qusmanın vəkilləri bildirib ki, “El Çapo”nun bu qədər pula sahib olmasını düşünmək dəlilikdir.
Nyu-York məhkəməsinə çıxarılan “El Çapo” haqqında danışan şahidlərdən biri mafiya liderinin 1 kiloqram heroini ABŞ-a 35 min dollara satdığını iddia edib.
Hazırda Manhetten həbsxanasında saxlanılan Qusman haqqında məhkəmə qərarını yaxın günlərdə açıqlayacaq.
Xatırladaq ki, Meksikanın ən güclü narkotik baronu olan Qusman 2014-cü ildə həbs edilsə də, həbsxanada 1,5 kilometrlik tunel qazdıraraq qaça bilib.