12 Mart 2020 09:14
2 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə özünü “İsa peyğəmbər” elan edən keçmiş millət vəkili Həsən Məzarcı koronavirusla bağlı ilginc fikirlər səsləndirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə ona müraciət edənlərə “Virusla bağlı istəklərinizi Məsihə yox, elm adamlarına deyin” cavabını verib.

“Elm adamlarının, həkimlərin təkliflərini yerinə yetirin. Mikroskopla görünə bilən bir virusun milyardlarla insanı öldürə biləcəyini düşünərək, Tanrıya dua edin. Tanrı sizi qorusun”, - Məzarcı deyib.

Yeni İl günü doğum gününü qeyd edən “Tövrat” və “Quran”la bağlı səsləndirdiyi fikirlərlə tez-tez gündəmə gələn Məzarcı 1990-cı illərdə Rifah Partiyasından Türkiyə parlamentinin deputatı olub.


Müəllif: Mənsur Rəğbətoğlu