Honq Konq Universitetinin elm adamları koronavirus pandemiyasının (COVID-19) müsbət 4 dərəcə temperaturda uzun müddət aktiv qaldığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, araşdırmaçılar koronavirusun 4 dərəcədə uzun müddət stabil qaldığını, dezinfeksiya edilməməsi vəziyyətində təsirinin 14 gündən sonra azalmağa başladığını təsbit ediblər.
Bununla yanaşı, “SARS-CoV-2”-nin yüksək temperaturlara qarşı davamsız olduğu, 70 dərəcə istilikdə 5 dəqiqə içində məhv olduğu üzə çıxıb.
Virusun müxtəlif obyektlər üzərində nə qədər qaldığını da araşdıran elm adamları “SARS-CoV-2”-nin kağız üzərində ən çox 3 saat, paltar və yataq üzərində 2 gün, şüşə üzərində 4 gün, plastik qablar üzərində isə 1 həftəyə qədər qala bildiyini deyiblər.
Koronavirusun tibbi maskaların üzərində 7 günə qədər qaldığını da iddia edib.