Amerika Milli Aviasiya və Kosmik İdarəsi (NASA) qeyri-adi iş təklifləri ilə dünya ictimaiyyətini təəccübləndirməyə davam edir.
Teleqraf.com xəbər verir ki, NASA bu təkliflərə yenisini əlavə edib.
Özəl şirkətlərə zəng edən NASA “Artemis” proqramı çərçivəsində onları Ay mədənçiliyi ilə məşğul olmağa dəvət edib.
NASA Adminstratoru Cim Braydenstan Aydan gətirilən qaya və toz kimi materialların alınacağını bildirib.
Oktyabrın 9-na qədər satın alınacaq materialların 50 ilə 500 qram arasında olması lazımdır. Materialların toplanma prosesini sübut etmək istəyən NASA, araşdırmalardan sonra məhsullara qiymət verəcəkdir.
Aydan material gətirənlər bunu görüntülərlə sübut edəcəyi halda NASA-dan böyük bir ödəniş alacaq.
Aydan gətiriləcək materiallarla yeni texnologiyaların inkişaf etdirilməsi hədəflənir. NASA Marsa insan səyahətindən əvvəl, 2024-cü ildə Aya getməyi planlaşdırır.