11 İyul 2021 22:38
1 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan "WhatsApp"da daha bir yenilik edilir.

Teleqraf.com xəbər verir ki, tətbiq daxilində "iOS" ve "Android" istifadəçilərinə yoxa çıxan foto və video mesajları təqdim ediləcək.

İstifadəçilər "Bir dəfə bax" seçimini etməklə foto və videoların ömrünü azaldacaqlar.

İstifadəçilər heç bir problem olmadan foto və video mesajların ekran görüntülərini də çəkə biləcəklər.

"WhatsApp"ın iyun ayının sonlarında "Android" istifadəçilərinə təklif etdiyi yeni xüsusiyyət "iOS" istifadəçiləri üçün cümə günü əlçatan olub.


Müəllif: Teleqraf.com