9 Noyabr 2021 22:00
4 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada yaşayan Kristian Bizemann adlı şəxs evinin çardağını təmizləyərkən indiyədək oxşarı olmayan tarixi əsər tapıb.

Teleqraf.com xəbər verir ki, 3000 il yaşı olduğu müəyyən edilən əsər muzeyə aparılıb.

Bonn şəhərində yaşayan 32 yaşlı Kristian Bizemann bir il əvvəl evinin çardağını təmizləməyə başlayıb. Burada 65 il əvvəl babası Albert Bizemannın tapdığı qılıncı görən Kristian bunun tarixini öyrənmək üçün onu Reynland Şurasının arxeologiya şöbəsinə aparıb.

Aparılan araşdırmalarda qılıncın Son Tunc dövrünə aid olduğu və təxminən 3 min illik tarixə malik olduğu müəyyən edilib.

Muzey misli görülməmiş əsəri müsadirə edərək götürüb.

Roma qılıncı olduğu düşünülən artefaktın tanrılara təqdim edilmək üçün suya buraxıldığı ehtimal olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər