Sentyabrın 8-də vəfat edən Böyük Britaniya Kraliçası II Elizabetin sağlığında gördüyü işlərdən danışılır.
Teleqraf.com xəbər verir ki, 96 illik həyatında bir çox rekorda və ilklərə imza atan kraliçanın qəribə vərdişləri də müzakirə mövzusudur.
Kraliça saysız-hesabsız ölkədə olsa da, pasportu olmayıb. Amma səyahətlərinə xüsusi diqqət yetirib. Səyahətlərində həmişə çaydanını və qan qrupunu göstərən qeydini yanında gəzdirib.
Kral ailəsinin ənənələrindən biri də üzvlərinin bir neçə dildə danışmağı bilməsi ilə bağlıdır. II Elizabet tarixin ən çox səyahət edən Britaniya monarxlarından biri kimi Fransaya səfər edərkən fransız dilində rəsmi çıxış edərək, öz dil bilmə istedadını qürurla nümayiş etdirmişdi.
II Elizabet ən uzun müddət hakimiyyətdə olan monarxdır. O, 27 yaşında taxta çıxıb. Britaniya Monarxiyasının ən uzun evli üzvü kimi bu rekorda da sahibdir. Onun taxta çıxması 300 milyon insan tərəfindən izlənilib.
Kraliça ilə yanaşı, ailəsinin də həyat tərzi və ənənələri yaxından maraqlanılan mövzular sırasındadır.
Kral ailəsinin qadınları ictimai yerlərdə oturarkən müəyyən qaydalara əməl etməlidirlər. Məsələn, ayaqlarını çarpazlayaraq oturmalıdırlar. Ailənin qadınlarından axşam saat 6-ya qədər iştirak etdikləri müəyyən tədbirlərdə baş geyimi taxmaları tələb olunur. Altıdan sonra isə mütləq tacdan istifadə etmələri lazımdır. Taclar bucaqları hesablanaraq başlarına qoyulmalıdır. Təbii ki, tac hər kəs üçün deyil, yalnız evli qadınlar üçündür.
Kraliyyət ailəsinin ailəsinin üzvünə toxunmaq qadağandır. Ailənin üzvləri ər-arvad olsalar belə, ictimai yerlərdə bir-birinə toxunmaları və qucaqlaşmaları çox da xoş qarşılanmır. Kraliyyət uşaqları müəyyən yaşa qədər dərzinin tikdiyi şort geyinməlidirlər.
Ailənin üzvü rəsmi səfərə gedirsə, yanında cənazə paltarı aparmalıdır. Bunun səbəbi isə getdiyi yerdə baş verə biləcək hər hansı qəfil ölüm və yas mərasimlərinə qatılmağın zəruriliyi ilə bağlıdır.
İki taxt-tac varisi heç vaxt eyni təyyarədə səyahət edə bilməz. Kral ailəsinə mənsub qadınlara tünd dırnaq boyası sürməyə icazə verilmir. Bununla belə, onlar çox açıq və ya qara rəngli dırnaq boyası istifadə edə bilərlər. Ailənin qadın üzvlərindən rəsmi dəvətlərdə qalın corab geyinmələri tələb olunur.
Ailə üzvləri qəhvə və ya çay içərkən də müəyyən qaydalara riayət etməlidirlər. Xüsusilə fincanı tutarkən. Ediləcək qayda belədir: fincanın qulpu baş və şəhadət barmaqları ilə tutulmalı, orta barmaq fincanı aşağıdan dəstəkləmək üçün istifadə olunmalıdır.