1 Oktyabr 2022 01:11
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Orion” kosmik gəmisi ilə "Space Launch System" (SLS) super ağır raket-daşıyıcının Aya buraxılması üçün daha bir cəhd “İan” qasırğası səbəbindən təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) saytında yerləşdirilən melumatda bildirilib.

Məlumata əsasən, buraxılışın yeni cehdi noyabrın 12-dən gec olmayaraq həyata keçirilə bilər:

"NASA noyabrın 12-də açılan və noyabrın 27-də bağlanan buraxılış pəncərəsindən yararlanaraq, missiyanın işə salınması üçün hazırlıqlara diqqət yetirmək qərarına gəlib. Yaxın günlərdə rəhbərlik şaquli quraşdırma binasında [Vertical Assembly Building, VAB] tamamlanacaq işlərin həcmini qiymətləndirəcək və növbəti buraxılış cəhdi üçün dəqiq tarix təyin edəcək".


Müəllif: Teleqraf.com