13 May 2023 19:17
4 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix boyu evliliyin xüsusən də kral ailələri üçün xüsusi yeri olub. Dünya tarixində gəlinliklər 17-ci əsrə qədər adətən sarı və ya gümüşü rəngdə olub.

Teleqraf.com xəbər verir ki, 17-ci əsrdən sonra ağ rəngdə gəlinliklərə üstünlük verilməyə başlanılıb.

Gəlinliklərin tarixi qədim sivilizasiyalara gedib çıxır. Qədim Misirdə qat-qat tikilmiş kətan parçalar gəlinlik kimi geyilirdi. Orta əsrlərdə gəlinlik geyinmək adəti yox idi, lakin qadınlar xüsusi günlərdə daha incə və təmtəraqlı geyimlərə üstünlük verirdilər.

Çin və Hindistanda gəlinlər qırmızı rəngə üstünlük verirdilər. Kral ailələrində qızıl və gümüş rənglərdən istifadə olunurdu ki, bu da daha nəcib rəng hesab olunurdu.

Tarixdə ilk ağ gəlinlik 16-cı əsrdə İngiltərə kraliçası Viktoriya tərəfindən geyinilib. 1854-cü ildə Şahzadə Albertlə evlənən Kraliça Viktoriya ağ atlaz gəlinliyə üstünlük verib.

Kraliça Viktoriya toydan sonra gündəliyinə yazırdı: “Mən çox dərin Honiton krujevalı imitasiyalı ağ atlas paltar geyindim. Türk brilyant boyunbağımı, sırğalarımı və Albertin gözəl sapfir broşunu taxdım”.

Beləliklə, kraliça Viktoriya əsrlər boyu davam edəcək gəlinlik trendinə ilham verdi. Kraliçanın hakimiyyəti dövründə ağ rəng seçməsi həm sərvət əlaməti, həm də bakirəlik simvolu kimi qəbul edilirdi.

Osmanlıda qırmızı rəng üstünlük verilir

Osmanlı İmperiyasında gəlinliklər üçün sarayda qırmızı rəng daha çox üstünlük təşkil edirdi. İnsanlar mavi, bənövşəyi, yasəmən və çəhrayı rəngləri seçirdilər. Gəlin örtüyü istər sarayda, istərsə də ictimai yerlərdə həmişə qırmızı olub.

Osmanlıda ilk ağ gəlinliyi Namiə Sultan geyinib

1870-ci illərdə Paris modası Osmanlı imperiyasına təsir etməyə başlayanda gəlinliklərin rəngi getdikcə daha açıq olur. Sultan II Əbdülhəmidin qızı Naimə Sultan Osmanlı İmperiyasında ilk dəfə ağ gəlinlik geyinən şəxs olub.

İngiltərə kraliçasından sonra Osmanlı şahzadəsinin ağ gəlinlik geyinməsi gəlinlikdə ağ rəngin daha çox yayılmasına şərait yaradıb.

Beləliklə, ağ gəlinliklər 18-ci əsrdən başlayaraq hər il fərqli modellərlə günümüzə qədər gəlib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər