19 May 2023 00:12
2 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Twitter Blue" abunəsi olan təsdiqlənmiş hesab sahibləri indi iki saata qədər müddəti olan video yükləyə bilərlər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Twitter"in sahibi İlon Mask deyib.

"Hesabları təşdiqlənən "Twitter Blue" abunəçiləri artıq 2 saatlıq 8 GB həcmdə video yükləyə bilərlər", - deyə o öz "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, mart ayında İlon Mask "Twitter Blue" adlı ödənişli hesab təsdiqlənməsi indi bütün dünyada istifadəçilər üçün əlçatan olduğunu açıqladı.


Müəllif: Teleqraf.com