12 Oktyabr 2023 01:05
2 861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo İran qanunlarını pozduğuna görə 99 şallaq cəzası ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, portuqaliyalı Asiya Çempionlar Liqasında “Persepolis”lə oyunda iştirak etmək üçün İrana səfər edib. Kriştianu onun portretini çəkən yerli rəssamla görüşüb. Futbolçu qızı qucaqlayıb öpüb.

İran qanunlarına görə, Ronalduno “subay şəxs ilə zina etdiyinə görə” 99 şallaq cəzası gözləyir.

Qeyd olunur ki, hazırda futbolçuya qarşı işin açılıb-açılmaması məlum deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər