Türkiyədə Osmanlı dövrünə aid “Hərəkə” xalçası bərpa olunacaq.
Teleqraf.com xəbər verir ki, xalça Sultan II Əbdülhəmidin fərmanı ilə 1905-ci ildə Haaqadakı Sülh Sarayına hədiyyə edilib. Onun ölçüsü təxminən 162 kvadratmetrdir.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan bildirib ki, xalçanın orijinal fakturasının və estetikasının qorunub saxlanmasına böyük diqqət yetiriləcək.
Qeyd edək ki, bərpa prosesində həm müasir, həm də ənənəvi üsullardan istifadə olunacaq.