10 İyun 20:43
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elektrikli avtomobil istehsalçısı Tesla-nın səhmdarları arasında fikir ayrılığı yaranıb

Teleqraf.com "Bloomberg"ə istinadən xəbər verir ki, səhmdarlar İlon Maskın 56 milyard dollarlıq maaş paketini təsdiq edib-etməmək məsələsində razılaşa bilməyiblər.

Xəbərdə deyilir ki, Tesla-nın 13 iyunda keçiriləcək illik iclasında Delaver məhkəməsinin böyük maaş paketini rədd edən qərarından sonra Elon Maskın rəhbərliyə davam edib-etməyəcəyi ilə bağlı referendum olacaq.

Tesla-nın İdarə heyətinin sədri Robin Denholm səhmdarlara müraciət edərək baş direktor İlon Maska 56 milyard dollarlıq təzminat paketi ödəmək təklifini dəstəkləməyə çağırıb.

Mask səsvermədə qalib gələrsə, şirkətin 20 faizindən çoxuna nəzarət edə biləcək.

Əgər referendumda Elon Mask qalib gəlsə bu, Amerikada ən böyük maaş paketi olacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər