Teleqraf.com-a açıqlamasında aktrisa videodan xəbərsiz olduğunu deyib:
“Heç bir sayta açıqlama verməmişəm. Heç nədən xəbərim yoxdur. Sadəcə ATV-ə açıqlama vermişəm. Bəlkə o videonu yayıblar. Əgər o videodursa, özləri və Allahları bilsin. a24.az adlı sayt tanımıram. Bəlkə zarafatlaşan zaman çəkilən videodur. Onlar o videonu ATV-dən götürüblər. Orada aradan çıxırdım, nə dedilər “bilmirəm” cavabı verdim.”
Qeyd edək ki, Vəfa Zeynalovaya 10 sual verilib və heç birinə cavab verə bilməyib.
Rəqsanə