Əməkdar artist Mehriban Xanlarova Teleqraf.com-un suallarını cavablandırıb.
- Mehriban xanım, müğənni Kərimi sizi təhqir etdiyi üçün məhkəməyə vermişdiniz. Məhkəmə prosesi nə yerdədir?
- Davam edir hələ. Üzr istəməlidir. Başqa yolu yoxdur.
- Üzr istəməsə, bağışlamayacaqsız?
- Xeyr, bağışlamayacam. Ən yaxşısı budur, məndən yazılı şəkildə üzr istəsin.
- Bir müddət əvvəl Flora Kərimovanın Zeynəb Xanlarova haqqında “Zeynəbin ifa etməsi sənət və sənətkarlıq deyil” fikrinə siz də sərt reaksiya verdiniz. Bu, Flora xanımla münasibətinizə nə dərəcədə təsir etdi?
- Ondan sonra Flora xanımla heç bir tədbirdə qarşılaşmamışam. Bəli, mən bir dəfə cavab verdim. Zeynəb xanım mənim canım, qanımdı, susa bilməzdim.
- Sizi heç Zeynəb Xanlarovayla birlikdə görmürük. Səbəb nədir?
- Zeynəb xanımla münasibətlərimiz çox gözəldir. Zeynəb xanımın evinə də gedirəm. Şəhərə çıxan deyil, sözümüz olanda evinə gedirik, qonağı oluruq.
- Heç dəstək üçün müraciət etmisinizmi Zeynəb xanıma?
- Mənə soyadı bəsdir...
Rəqsanə