"Evdə oluruq, heç yerə qonaq getmirik. Yalnız ərzaq almaq üçün yaxınlıqda yerləşən mağazaya gedirik. Mənim hamıya məsləhətim budur ki, evdə otursunlar".
Bu sözləri Teleqraf.com-a açıqlamasında tanınmış şairə Nigar Həsənzadə deyib.
Şairə bildirib ki, hamımız dövlətimizə kömək etməliyik:
"Cənab prezident İlham Əliyev və vitse- prezident Mehriban Əliyeva xalqımıza müraciət ediblər. Hamı ehtiyatlı olsun, yaşlı nəsli qorusunlar. Uşaqlarımız vaildeynlərinin yanında olmalıdırlar. Bütün məsləhətlərə qulaq asmalıyıq. Küçəyə çıxarkən mütləq əlcək, maska, spirt istifadə olunmalıdır. Dünyanın nə vəziyyətdə olduğunu görürük. Prezidentimizin düzgün qərarını dəstəkləyir və hörmət edirik. Həmçinin İtaliyanın vəziyyətini də görürük. Artıq bütün dünya bu virusla mübarizə aparır. Bu gün hər bir vətəndaşın borcudur ki, özünü və ətrafını qorusun. Özümümüz qorumaqla ətrafımızdakı insanları, onları qorumaqla, vətənimizi, dövlətimizi qoruyuruq".