21 Avqust 2016 21:15
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Transgender qadın Hande Kaderin qətli Türkiyənin ən böyük şəhəri İstanbulda hiddətə səbəb olub.

BBC-nin Türkiyə xidmətinin müxbiri Rengin Aslan yazır ki, Türkiyə LGBTİ (lesbian, gey, biseksual, transgender və interseks) məsələsində son dərəcə mühafizəkar olaraq qalır.

"Hande dünyada ən gözəl insanlardan biri idi. O adətən çox sakit idi, lakin bəzən çılğın olurdu. O həmişə LGBT yürüşlərinə qatılırdı. O ölümünədək düzgün saydığı bir şeyi müdafiə edirdi” - Davut Dengiler 23 yaşlı kirayə yoldaşı Hande Kaderi məhz belə təsvir edir. Handenin meyiti ötən həftə İstanbuldakı meşəlikdən tapılıb.
“Seks işçisi” kimi çalışan xanım Kaderi son dəfə müştərisinin maşınına minən görüblər.

"Mən morqdan çıxırdım və özümdə bir yüngüllük hiss edirdim ki, Handeni ölüxanada tapmamışam. Elə bu vaxt həkim dedi ki, orada bir yanmış cəsəd də var. “Bir ona da bax”. Baxdım. Mən onun əlamətlərini dedim. Sonra onlar kompüterdə protokola baxdılar. Bu anda həkim əlini mənim kürəyimə qoyub başsağlığı verdi. Mən özümü itirdim” – deyir Dengiler.

O xanım Kaderin başqa insanların ölümünə reaksiyasını xatırlayır: “O trans adamlar öldürüləndə dəli olurdu. O elə kədərlənirdi ki… Onun özünü əvvəllər bıçaqlamış və döymüşdülər. Bu təkcə Handenin başına gəlməmişdi. Bunu onların hamısına edirlər”.

LGBTİ fəalları translara qarşı zorakılığa etiraz etsələr də, Türkiyə cəmiyyəti buna nadir hallarda reaksiya verir.
15 iyulda baş tutmamış çevriliş cəhdinin ardınca elan edilmiş fövqəladə vəziyyətdə nümayişlərin keçirilməsinə məhdudiyyət qoyulub.

Lakin ilk dəfə olaraq Türkiyənin tanınmış insanları Handenin qətli ilə bağlı səslərini ucaldıblar. Onlar bazar gününə planlaşdırılmış yürüşdə iştirak etmək istəyirlər.

Transgender Avropası insan haqları qrupunun məlumatına görə Türkiyə trans qətllərinin sayına görə Avropada birinci yeri tutur.

Qrupun 2016-cı il hesabatında deyilir ki, “translar üçün salamat ölkə” yoxdur. Xanım Kader diqqəti Türkiyədə trans qətllərinə və bu qətllərə görə cəzasızlığa çəkmək üçün çalışırdı. Buna görə də LGBT aksiyalarının ön cərgələrində olurdu.

Türkiyədə transların dəfn edilməsindən əvvəl onların cinsi kimliyinin müəyyənləşdirilməsi kimi uzun autopsiya və DNT analizi prosesi var.

2015-ci ildə polis İstanbulun Taksim meydanında keçirilməli olan LGBTİ yürüşünü qadağan edib. Onlar kütləni dağıtmaq üçün suatanlardan, plastik güllələrdən və bibər tozundan istifadə ediblər.

\BBC\


Müəllif:

Oxşar xəbərlər