31 Avqust 2016 10:17
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə çayına düşən şəxs xilas edilib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonu ərazisindən keçən Gəncə çayına 1 nəfərin düşməsi və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:23-də başa çatıb.


Müəllif:

Oxşar xəbərlər