ABŞ-da universitet tələbəsi sükan arxasında yarıçılpaq selfi çəkərkən sürdüyü avtomobili polis maşınına çırpıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, qəza vaxtı 19 yaşlı Miranda Rader görüntüləri Snapchat vasitəsilə sevgilisinə göndərmək istəyib.
İnsident Bryan şəhərində baş verib. Hadisədə xəsarət alan olmayıb. Qəza zamanı zərər görən polis dindirilmə zamanı hadisəni belə danışıb: "Mən ondan maşın sürərkən niyə çılpaq olduğunu soruşdum və o dedi ki, qırmızı işıq yanarkən sevgilisinə Snapchat-la çəkdiyi fotonu göndərmək istəyib".
Faktla bağlı araşdırmalar aparılır. İlkin ehtimallara görə, qız hadisə zamanı sərxoş olub.
Elvin