Keniyada xanım millət vəkili həmcinslərinə müraciət edərək, onları 8 avqustda ölkədə keçiriləcək seçkilərdə seçici siyahısında qeydiyyata düşməyənə qədər ərləriylə intim münasibətlərə girməməyə çağırıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Keniyanın Mombasa şəhərindən seçilən millət vəkili Mişi Moko müxalifətin səslərini artıqmaq üçün bunun ən yaxşı strategiya olduğunu bildirib.
"Qadınlar, yerinə yetirməniz gərəkən ən yaxşı taktika budur. Seçici kartlarını göstərənə qədər ərlərinizlə seksdən imtina edin" - deyən Mişi Mokonun fikrincə, seks güclü bir silahdır və bu həvəssiz olanları seçici qeydiyyatından keçməyə həvəsləndirəcəkdir.
Keniya prezidenti Uhuru Kenyatta bu posta ikinci dəfə seçilmək istəyir. Prezident Mokonun təmsil etdiyi ODM partiyası da daxil olmaqla müxalifətin ortaq namizədiylə mübarizə aparacağı gözlənilir.
Moko dəstəkçilərinin kütləvi şəkildə qeydiyyatdan keçməsi nəticəsində seçkiləri qazanmaq şanslarının artacağını deyib.
Keniyada seks boykotu tez-tez rast gəlinən bir haldır.
2009-cu ildə ölkədə qadın fəallar həmin dövrün prezidenti Muai Kibaki və baş nazir Raila Odinganı güzəştə getməyə məcbur etmək üçün bir həftə ərzində seksdən imtina etməyə çağırmışdılar.