Sumqayıtda elektrik sayğaclarını yandıran şəxs saxlanılıb. Teleqraf.com ARB TV-yə istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri 1-ci mikrorayon Nərimanov küçəsi 45 a/19 ünvanında qeydə alınıb.
Gecə saatlarında qəflətən elektrik sayğaclarında yanğın baş verib.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını ala bilsələr də 30 dan çox elektrik sayğacı sıradan çıxıb.
Araşdırma zamanı sayğacların hər hansı bir qəzadan deyil bilərəkdən yandırıldığı qənaətinə gəlinib.
Faktla bağlı Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsinin əməkdaşları araşdırmalara başlayıblar.
Məlum olub ki, hadisəni törədən Sumqayıt şəhər sakini 18 yaşlı Pərviz Qasımovdur.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Onun ruhi əsəb xəstəsi olduğu bildirilir. Faktla bağlı başlanan araşdırmalar davam edir.