11 Aprel 2017 08:05
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın “Toshiba” şirkəti televizor istehsalı üzrə bölməni satmaqla bağlı planlarını açıqlayıb. Bununla əlaqədar imzalanacaq sazişin yaxın ildə başa çatacağı gözlənilir. Perspektivli istiqamətin satışa çıxarılması nüvə energetikası sahəsində maliyyə itkiləri ilə əlaqələndirilir.

Teleqraf.com “ICTnewsa” istinadən xəbər verir ki, potensial alıcılar qismində Çinin “Hisense Group” və Türkiyənin “Vestel” şirkətləri çıxış edir. Türkiyə şirkəti Avropada “Toshiba” markalı televizorların buraxılışı və satışı hüququna malikdir. Yaponiyada isə “Toshiba” istehsalçısı televizor satışını müstəqil həyata keçirir.

Xatırladaq ki, “Toshiba” yarımkeçiricilərin istehsalı üzrə bölməni də satmaq niyyətindədir, bir il əvvəl isə məişət texnikasının istehsalı üzrə bölməni “Midea” şirkətinə satıb.


Müəllif: