Bu gün Liviyanın paytaxtı Tripolidə 2011-ci ildə devrilən Müəmmər Qəddafi rejiminin nümayəndələri ilə əlaqədar məhkəmə öz işinə başlayır.
Teleqraf.com “Sky News” telekanalına istinadən xəbər verir ki, məhkəmə önünə Qəddafinin oğlanları Seyf əl-İslam və Saadi Qəddafi də çıxacaq.
Müttəhimlər sırasında həmçinin Liviyanın sabiq kəşfiyyat xidmətinin rəhbəri Abdulla əs-Sennusi, sabiq xarici işlər naziri Abdel Atı- əl-Obeydi və daha 30 nəfər də olacaq. Onların hamısı korrupsiya və hərbi cinayətlərdə ittiham olunur.
Bununla yanaşı, Liviya mənbələrinə görə, Qəddafinin oğulları məhkəmə zalında olmaya da bilərlər. Çünki Saadinin işi üzrə istintaq hələ də davam edir. Seyf əl-İslam isə Zintan şəhərində həbsxanada saxlanılır. O, artıq üzün müddətdir ki, liviyalı üsyançıların əlindədir və onlar Qəddafinin oğlunu mərkəzi hakimiyyətə təhvil verməkdən imtina edirlər.
Eldar