11 Avqust 2014 21:15
2 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünə inamın olmaması insanın həm şəxsi həyatında həm də karyerasında böyük maneələr yaradır. Ona görə də özünə inamlı olmaq çox vacib amildir. Bunun üçün müəyyən şərtlər var:

1. MƏQSƏDİNIZI DƏQİQ TƏYİN EDİN

İki yolla gedə bilərsiniz:

A) Asan yolla başqalarının mənfi xüsusiyyətlərini tapıb, üzə çıxartmaqla öz sadə nailiyyatlərinizlə fəxr etmək.

B) Çətin, amma dəyərli, düzgün yolla daim bilik və bacarıqlarınızı artırmaqla - mənfi cəhətlərinizi tapıb, onları aradan qaldırmaq. Bu yol özünüqiymətləndirmənin səviyyəsini mütləq artıracaq.

2. TƏBİİ, ZƏRURİ HADİSƏLƏRƏ HAZIR OLUN!

Hər bir insan həyatı boyu müxtəlif krizis dövrləri keçirir. Bu mərhələlərdə o, yaşadığı dövr ərzində özü-özünə hesabat verir. Qarşısında yeni məqsədlər qoyur, mənəvi dəyərləri daha da genişləndirir. 30 və 40 yaş ən vacib, çətin krizis mərhələləridir. Bu yaş dövrünə hazır olmaq lazımdır. Depressiyaya düşməmək üçün bu yolda ən uğurlu nailiyyətlərinizi yadınıza salın.

Kişilərin özünüqiymətləndirmə səviyyəsi, orta hesabla, qadınlardan aşağı olur. Mütəxəssislər hesab edir ki, bu fakt kişilər arasında erkən ölüm hadisələrini doğruldur və bundan başqa onların daha çox spirtli içkilərə meyli olduğunada səbəb ola bilər.


3. ÖZ FƏRDİ MÜDAFİƏ SİSTEMİNİZİ SEÇİN

Özünüqiymətləndirmə hər zaman ətrafdan təzyiqlə üzləşir. Biz cəmiyyətdə özünüqiymətləndirmənin bir neçə növ müdafiə sistemi ilə rastlaşa bilərik. Məsələn, biri əl çatmayan, amma çox arzusunda olan hadisəni dəyərsizləşdirir. Başqası, əksinə, başına gələn xoşagəlməz əhvalatı yaşayarkən gülümsəyir, özünü laqeyd apamağa çalışır.

4. UNUTMAYIN: SİZ TƏNHA DEYİLSİNİZ!

Özünə inamı az və yaxud zəif olan insan daha çox ətrafdan rəğbət, təsəlli gözləyir. Söhbət zamanı o, çalışır ki, həmsöhbətinin problemlərini qeyd etsin və bununla özünün problemlər içində tək olmadığını bir az unutsun.

5. MÜTƏXƏSSİSƏ MÜRACİƏT ETMƏKDƏN ÇƏKİNMƏYİN

Əsaslandırılmış yüksək özünüqiymətləndirmə insana həyatda uğur gətirir. Bəzən biz özümüzü kənardan düzgün-hərtərəfli görə bilmirik. Bu zaman mütəxəssis məsləhəti bir çox məsələlərə aydınlıq gətirə bilər.
O, Sizə qərəzsiz, obyektiv özünüqiymətləndirmədə yardımçı olar.

6. DOSTLARINIZIN MƏSLƏHƏTLƏRİNDƏN İSTİFADƏ EDİN

Ətrafdakıların fikirlərinə həssaslıqla yanaşma özünüqiymətləndirmə üçün çox yaxşı üsuldur. Siz hətta eksperiment keçirə bilərsiz. Etibar etdiyiniz bir neçə adam seçin və onlara Sizdə olan bu xüsusiyyətləri nə dərəcədə inkişaf etdiyinin qiymətləndirməsini təklif edin: məsuliyyətli olmağınızı, özünətənqidi, həmsöhbətə qulaq asmaq bacarığını, özünənəzarəti, inadkarlığı. On ballıq şkaladan istifadə edin. Hər cəhət üçün alınan nəticələri toplayın - bu rəqəmlər Sizə özünüz haqqında o qədər yeni məlumat deyecək ki!


7. ÖZÜNÜZÜ SEVİN!


Özünüqiymətləndirməni aclıq hissi ilə müqayisə etmək olar. Bir müddət tələbatın ödənilir, amma az sonra yenə boşluq-aclıq əmələ gəlir və bu Sizə narahatçılıq gətirir. Necə ki, sevənlər daim sevildikləri haqqında soruşmaqdan yorulmurlar, o cür də bizim özümüzüqiymətləndirməyimiz daim diqqət tələb edir. Dünyaya pozitiv yanaşın çalışın mənfi hadisələrdə müsbət cəhətləri nəzərə alasınız. Hər gün elədiyiniz 5 iş üçün özünüzü tərifləməyi unutmayın.

Özünüzün ən yaxın, yaxşı dostu olun. Heç kimlə özünüzü müqayisə etməyin, hər kəs unikaldır! Həyatda öz üslubunuzu tapın. Hər səhər yadınıza salın ki, siz bu həyatda unikalsız və dünyada xüsusi yeriniz var.
Səhvlərinizi bağışlayın, özünüzü bağışlamağı öyrənin. Əgər bunu bacarsanız, onda qəlb rahatlığı, sakitlik Sizi tapacaq.

Ülkər


Müəllif:

Oxşar xəbərlər