16 Sentyabr 2014 12:19
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

"YouTube" qarşıdakı həftələrdə istifadəçilərinə möhtəşəm yeniliyini təqdim edəcək.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən veridiyi xəbərə görə, artıq “YouTube” da videoları internetə daxil olmadan belə izləmək mümkün olacaq. İlkin mərhələdə bu, Hindistanda tətbiq olunacaq.

"YouTube"un yeni xüsusiyyətinin Google-un ən ucuz telefonu "Android One"ın ölkədə satışa çıxarılmasından sonra meydana gəlməsi də diqqətdən qaçmayıb.

Şirkətin əməkdaşlarından olan Sezar Senqupta "YouTube" videolarının oflayn olaraq da izlənə biləcəyini, videoların həm telefona, həm də planşet və ya kompüterə yüklənə biləcəyini qeyd edib.


"YouTube"da yerləşdirilən reklamların oflayn rejimdə necə görünəcəyi barədə isə dəqiq məlumat verilməyib.

Rüstəm


Müəllif: