15 Oktyabr 2014 22:47
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonun “Chosen Bun” fast-fudunun sahibləri öz məhsullarını — burger və fri kartofunu kosmosa göndəriblər. Teleqraf.com-un məlumatına görə, bu barədə “The Daily Telegraph” qəzeti yazıb.

Ərzaqların kosmosa uçuşu GPS-də təsbit edilib, peşəkar texnika ilə videoya çəkilib və sınağın nəticələri şəbəkədə dərc edilib. Ərzaq məhsullarının sonrakı taleyi barədə nəşr məlumat vermir.

“Chosen Bun”un sahibləri Endi Şouvel və Pit Şerman bildiriblər ki, məhsulların kosmosa uçuşunu təşkil etmək çətin olmayıb: “Ev böyüklüyündə hava şarı, GPS-transponder, GoPro kamerası, paraşüt və siz hər şeyə qadirsiniz”.


Müəllif:

Oxşar xəbərlər