29 Noyabr 2014 11:52
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mercedes-Benz-in Los-Anceles və Quancou sərgilərində təqdim edilən yeni versiyası ikili ad alıb - Mercedes-Maybach.

Teleqraf.com xəbər verir ki, Mercedes-Maybach S500/S600 S-Сlass-lardan 20 sm daha uzundur, qapılar isə əksinə bir qədər qısa hazırlanıb və bunun sayəsində arxada oturan sərnişinlər demək olar ki, az görünəcəklər. Arxa oturacaqlar daha rahat olublar. Dirsəkaltının içində mini-bar yerləşdirilə bilər. Burada salona ətir sıçradan sistem də var (ətir də xüsusi sifariş əsasında hazırlanır). Yenilik S500 (455 a.g. olan 4,7-litrlik V-şəkilli turboyükləyicili "səkkizlik") və S600 (530 a.g. olan 6-litrlik ikiqat turbinli V12) versiyaları ilə təqdim edilir.

Mercedes-Benz bu yeniliyi dünyanın ən sakit seriyalı sedanı adlandırır, lakin, eyni zamanda, avtomobili qabaq və arxa oturacaq sərnişinlərinin bir-birləri ilə əlaqə saxlamaları üçün səsucaldan sistem ilə təchiz ediblər.

Teleqraf.com fotoları təqdim edir :

Rüstəm


Müəllif:

Oxşar xəbərlər