12 oktyabr 1492-ci ildə Xristofor Kolumb San-Salvador adasını kəşf edir. Həmin gün rəsmi olaraq Amerikanın kəşf olunduğu gün kimi tarixə düşür. Məqalədə dünyanın bu qitəsinin hələ də gizli olaraq qalan sirli məkanlarından bəhs olunur.
Corciya lövhələri
Corciya ştatının Elbert mahalında Stounhenc abidəsi yerləşir. Hər biri 100 ton çəkidə olan 6 bloklu nəhəng abidənin hündürlüyü 6 metrə çatır. Onun cədvəllərinin üzərində “Maarif əsrinin 10 vəsiyyəti” adlı müəmmalı məlumatlar həkk olunub. Gələcəyə istiqamətlənən həmin məlumatlar qlobal fəlakətdən sonra sağ qalanlara vahid dünya hökumətinin əsasını qoymaqla və mənəvi dəyərləri dəyişməklə planetdə yeni dünya düzəninin necə qurula biləcəyi barədə məlumat verir. 8 dildə öz əksini tapan yazılı cədvəllər kainatın dörd tərəfinə əsasən istiqamətləndirilmiş lövhələrdə yerləşir. Abidənin mərkəzində yerləşən sütunda ilin istənilən gecəsində Qütb Ulduzunu görməyə imkan verən dəlik açılıb. Gündüz vaxtı dəlikdən daxil olan işıq isə həftənin günləri barədə məlumat verir. Həmin yazıların müəllifinin kim olduğu və abidənin yerləşdiyi sahənin kimə məxsus olduğu günümüzə kimi sirr olaraq qalıb.
Zona 51
Hər kəsə bəlli olan eyni zamanda heç kimə bəlli olmayan Zona 51 Nevada səhrasında yerləşir. Bu əraziyə aparan yolda nə bir dənə yol nişanı, nə də bir dənə canlı varlıq görmək mümkündür. Zona 51 haqqında müxtəlif şayiələr gəzir. Bəziləri bu ərazidə naməlum sivilizasiyanın araşdırılması üzrə gizli laboratoriyanın yerləşdiyini, bəziləri isə bütün dünyanı məhv etməyə qadir olan silahların burada hazırlandığını və təcrübədən keçirildiyini iddia edirlər. Bəzən mətbuatda həmin bazada adamların çalışdığı ilə bağlı məlumatlar yayılır, lakin bu məlumatlar Amerika hökuməti tərəfindən təkzib olunur. Yalnız bir şey məlumdur ki, hər gün Los-Anceles ştatından bazaya təxminən 1500 adam gətirib aparan təyyarələr eniş edir. Lakin, həmin adamların bazada nə işlə məşğul olduqları naməlum olaraq qalır....
Alkatras
Alkatras ABŞ-ın ən qədim həbsxanası hesab olunmasa da, o, ölkənin qarabasmaların sıx olduğu ən sirli həbsxanası kimi qəbul olunur. Əfsanələrə görə, xəyalətlər bu sahəni istehkam tikiləndən uzun müddət əvvəl basıb. Yerli amerikanlar qanunu pozanlara qəzəbli ruhlarla əzab vermək üçün bura gətirirmişlər. Ekskursiya zamanı bu həbsxananı ziyarət edən insanlar həbsxana rejimini pozan ən islaholunmaz cinayətkarların saxlanıldığı D blokunda tez-tez qəribə hadisələrin baş verdiyini söyləyirlər. 12-14-cü kameralarda həddindən artıq yüksək paranormal aktivliyin hökm sürdüyünü dəfələrlə iddia edən ekstrasenslər çalışıblar. Alkatrasda elə vahiməli atmosfer hökm sürməkdədir ki, hətta bəzi işçilər bura tək gəlməkdən imtina edirlər. Qorxunc və sirli tarixinə görə bu adaya “Hellcatraz” adı verilib.
Oreqon burağanı
Oreqon ştatının Santa-Kruz şəhərində 100 il bundan öncə tikilən evlərdən biri haqqında qəribə şayiələr yayılıb. Hətta skeptiklər də bu evdə həqiqətən də qeyri-adi hadisələrin baş verdiyini iddia edirlər. Komanın ortasında sanki yerə batırılmış süpürgə dayanıb. Heç kimin onu saxlamamasına rəğmən süpürgə dik dayanır və yerə düşmür. Süpürgənin bu vəziyyətdə rekord dayanma müddəti 36 saatdır. Bu komada insanlar yıxılmadan irəli və geri əyilə, hətta uça da bilirlər. Bəlli olmayan səbəblərdən ziyarətçilərə çəkiliş aparmağa icazə verməyən komanın sahibəsi Vixrya Oreqona komanın şəklini çəkməyə heç bir etiraz etmir. (ikisahil.com)