QOÇ - Bu füsunkar bayram günündə qarşıya qoyduğunuz vəzifələrin həllində kənardan dəstək alacağınız gözlənilir. Bəri başdan buna hazırlaşın. Hətta məqsədləriniz naminə səfərə də çıxa bilərsiniz. Axşama doğru büdcənizdə artım gözlənilir.
BUĞA - Ulduzların düzümü bu bayram günündə maddi durumunuzun qənaətbəxş olacağını, həmçinin yeni tanışlar əldə edəcəyinizi göstərir. Saat 18-20 arası isə səhhətinizi qorumalısınız.
ƏKİZLƏR - Mövcud durumunuzdan usanmamalı, aktiv surətdə çıxış yolları aramalısınız. Əgər rahatlığınızın təminatı üçün başqa yol da tapa bilmirsinizsə, saat 13-ə qədər gözləmə mövqeyində durun.
XƏRÇƏNG - Ümumi süstlüyünüz bayramdan zövq almağınıza mane olur. Unutmayın ki, romantik duyğulara qapılmaqla dünyanı düzəltmək mümkünsüzdür. Odur ki, gün ərzində aktiv olmağa səy göstərin.
ŞİR – Naharaqədərki müddət daxilinizdə ümumi süstlük yaratsa da, sonrakı saatlarda ovqatınızda nəzərəçarpacaq dönüş yaranacaq. Deməli, narahatlığınız əridiyi üçün müəyyən işlər də görə biləcəksiniz.
QIZ - Bayram və ilin ilk günü olduğu üçün istənilən mübahisədən qaçmalısınız. Ələlxüsus da qohum və qonşularla mülayim davranmalısınız. Yalnız yaxşı şeylər barədə düşünün. Saat 16-dan sonra vəziyyət düzələcək.
TƏRƏZİ - Saat 15-ə qədər ciddi işlərinizin həllini təxirə salın. Sövdələşmə və müzakirələr üçünsə ümumiyyətlə, uğursuz ərəfədir. Sonrakı saatlarda vəziyyət tədricən xeyrinizə cərəyan edəcək.
ƏQRƏB - Hər şey atacağınız addımlardan birbaşa asılı olacaq. Bu səbəbdən də bütün məsələləri dəfələrlə götür-qoy edib sonra qərar çıxarın. Hər adama da etibar etməyin. Əks təqdirdə aldana bilərsiniz.
OXATAN - Proqnozunuzu tərtib etmək üçün yararlandığımız bütün astroloji mənbələr aktiv fəaliyyətdən uzaq olmanızı məsləhət görür. Yəqin ki, belə bir gündə mübahisə və münaqişə heç kimin ürəyincə olmaz.
OĞLAQ - Bürcünüz üçün kifayət qədər aktiv gündür. Bir neçə cinahdan perspektivli gedişlər edə bilərsiniz. Belə məqamlarda etibar etdiyiniz dostlarınızın dəstəyindən yararlanmaqdan da çəkinməyin. Səfərə çıxmayın.
SUTÖKƏN – Saat 11-ə qədər olan vaxtı nəzərə almasaq, günün qalan hissəsini normal tərzdə başa vuracaqsınız. Həyatınızda mühüm rolu olmayan, sizə qarşı soyuq münasibət bəsləməyən adamların şəxsi işlərinə müdaxilə etməyin.
BALIQLAR - Yeganə çətinliyiniz maliyyə zəminində mümkündür. Amma unutmamalısınız ki, indi çoxları sizdən də pis yaşayır. Özünüzü kontrolda saxlayın, həmkarlarınıza qarşı təmkin göstərin. Qalan sahələrdə uğurlarınız bol olacaq.