18 Yanvar 2015 20:40
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

2012-ci ildə dünyada daha bir yaxşı ənənə yaranıb. Həmin ilin qış mövsümündən başlayaraq yanvar ayının son bazar günündən əvvəlki bazar günü Beynəlxalq Xizəksürmə İdmanı Federasiyasının (FIS) təşəbbüsü ilə yeni bayram – Dünya Qar Günü qeyd edilir.

Teleqraf.com-un məlumatına görə, bu bayramın digər adı Beynəlxalq Qış İdman Növləri Günüdür. Bayramın məqsədi qış idman növlərinə marağı artırmaq və gəncləri fəal həyat tərzinə cəlb etməkdir. FIS-in fikrincə, həmin gün “qar festivalları” keçirilməlidir. Bu festivallar zamanı uşaqlar və böyüklər konkisürmə, xizəksürmə və snoubord yarışlarında iştirak edə bilərlər.

Bayramın təşkili FIS-in “Uşaqları qara çıxaraq” proqramının həyata keçirilməsi yolunda atılan ikinci addımdır. Qar Gününün tarixi təsadüfi seçilməyib. Yanvarın sonunda, Milad və Yeni il tətilləri mövsümü qurtaranda diqqəti xizəksürmə kurortlarına cəlb etmək lazımdır. Qar Gününün ilk dəfə keçirildiyi il bayramda dünyanın 20-dən çox ölkəsi (o cümlədən ABŞ, Kanada, Avstraliya, İsveçrə, Finlandiya, Almaniya, Böyük Britaniya, Norveç, Polşa, Türkiyə, Qazaxıstan, Ukrayna və s.) iştirak etmişdisə, ikinci il beynəlxalq festivalı təqribən 40 dövlət dəstəkləməyə hazır olduğunu bildirib.

Ən maraqlısı budur ki, onların arasında nəinki ənənəvi “xizəksürmə” ölkələri (İsveçrə, Finlandiya, yaxud Norveç), həmçinin bu baxımdan az tanınmış ölkələrdən Macarıstan, Yaponiya, Estoniya və hətta Pakistan da vardır.Rusiyada ilk Beynəlxalq Qar Günü cəmi bir neçə regionda qeyd edilib.

Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Murmansk Vilayət Şöbəsinin və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AzərTAc-a bildirib ki, ilk dəfə olaraq Qar Günü ölkə miqyasında, o cümlədən Rusiya Federasiyasının Murmansk şəhərində “Ümumrusiya” statusu ilə qeyd edilir.


Müəllif:

Oxşar xəbərlər