5 Mart 2015 07:29
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Silent Circle startapı Barselonada keçirilən Mobile World Congress 2015 sərgisində Blackphone smartfonunun təkmilləşdirilmiş versiyasını nümayiş etdirib. İstehsalçılar bildirib ki, qurğu ən təhlükəsiz smartfon adına iddialıdır.

Teleqraf.com-un məlumatına görə,Blackphone 2 smartfonu 5,5 düym diaqonallı ekran, səkkiznüvəli prosessor, 3 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib. Qurğunun digər xarakteristikaları hələlik bilinmir.

Məlumata görə, smartfon 2015-ci ilin ikinci yarısında bazara çıxarılacaq.

Xatırladaq ki, Blackphone smartfonunun birinci versiyası ilk dəfə 2014-cü ilin yanvarında elan edilib və iyulun əvvəlində bazara çıxarılıb. O zaman istehsalçılar əmin etmişdilər ki, smartfon istənilən icazə olunmamış müdaxilə cəhdlərindən və dinləmələrdən tamamilə qorunub, ancaq avqustda BlackHat kompüter təhlükəsizliyi üzrə konfransda Castin Keyz adlı iştirakçı beş dəqiqə ərzində Blackphone smartfonuna müdaxilə etməyə nail olub. /ictnews.az/


Müəllif:

Oxşar xəbərlər