12 Mart 2015 10:19
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Google korporasiyası hazırkı dövr üçün ən rahat olan mobil təqvimi buraxıb.

Teleqraf.com xəbər verir ki, Google təqvimi hadisələri birbaşa elektron poçtdan hesablayır və avtomatik olaraq, onun təsvirinə zaman, yer və kontaktlar və digər əldə oluna bilən informasiyanı əlavə edir. Bu funksiya istifadəçinin zamanına qənaət etmək üçün nəzərdə tutulub. Hadisələrin təyinatını müxtəlif rejimlərdə nəzərdən keçirmək olar: standart gündəlik və ya üç günlük cədvəl. Daha bir xoş bonus ondan ibarətdir ki, Calendar Google mobil alətdə ondan öncə yaradılmış bütün təqvimlərlə çalışır. Onun interfeysi çox aydın parlaq stildə hazırlanıb. Proqram əlavəsini App Store-dan əldə etmək olar.

Rüstəm


Müəllif: