Bu yaxınlarda Küveyt polisi məscidin yanında sədəqə yığan dilənçini həbs edib. Məlum olub ki, onun bank hesabında 500 min Küveyt dinarı (160 min dollardan çox) var.
Yerli KİV-lərin yaydığı məlumata görə, rayonda patrul keşiyi çəkən polislər məscidin yanında dilənən, möminləri evsiz-eşiksiz, imkansız olduğuna inandırmağa çalışan adam görüblər. Yalançı “dilənçi” dərhal həbs olunub. Küveyt qanunvericiliyinə görə, ölkədə dilənçilik qadağandır. Bu ölkədə dilənçilik ənənələrə və mədəniyyətə zidd hal kimi qəbul edilir.
Təhqiqat zamanı “dilənçinin” bank hesabı aşkar edilib. Onun işini Küveytin Maliyyə Cinayətləri Departamenti araşdıracaq.