14 İyul 2015 17:55
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan-Olimpiya Oyunlarının vətənidir. Bu yarışların tarixi 3 min il əvvəlki dövrə gedib çıxır. Lakin qədim Ellada sakinlərində fərqli olaraq müasir yunanlar Olimpiya Oyunları ilə az fəxr edir. 2004-cü ildə Afinada 28-ci Olimpiya oyunları baş tutub. Oyunların keçirildiyi tarixdən 11 il sonra isə idman mərkəzləri və Olimpiya kəndi sözün əsl mənasında xarabalığa çevrilib.

Publika.az həmin Olimpiya mərkəzlərinin xarabalığa çevrildiyi fotoları təqdim edir.

Qeyd edək ki, Yunanıstan hökuməti Olimpiya oyunlarına nə az, nə çox - 16 milyard dollar xərcləyib. Xərcin daha çox hissəsini vergiödəyiciləri üzərinə qoyulub, investorlar isə idman müəssisələrinə pul ayırmağa xəsislik göstərib.

İllər keçdi və baha başa gələn müasir idman avadanlıqları heç kimə lazım olmadı. İndi isə burada dünyanın sonu və zombilər haqda film belə çəkmək olar.

Çimərlik voleybolunun keçirildiyi idman arenasında Olimpiadadan sonra konsertlərin keçirilməsi planlaşdırılmışdı. Lakin o alaq otlarının basdığı arenada yalnız bir dəfə - 2005-ci ildə Avroviziya qalibi Yelena Paparizunun konserti keçirilib. Arenanın tamaşaçı oturacaqları isə getdikcə cəngəlliyə çevrilir.

Atletlər kəndinin oyunlardan sonra yaşayış məskəninə çevrilməsi planlaşdırılırdı. Lakin bu bir plan olaraq da qaldı. Qeyd edək ki, atletlər kəndində 2300 mənzil var və idmançılar yaradılımış şəraitdən narazı qaldılar.

Üzgüçülük hovuzunda isə qurbağalar üzür. Tamaşaçı oturacaqları isə vandallar tərəfindən dağıdılıb. İdman arenası sanki qədim Yunanıstan amfiteatrını xatırladır.


Müəllif:

Oxşar xəbərlər