4 Avqust 2015 13:10
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Adana şəhərində Azərbaycan vətəndaşı saxlanılıb.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, 26 yaşlı Əhməd adlı şəxs Naxçıvan şəhər sakinidir. Yayılan məlumatlara görə, Əhməd 18 yaşına çatmayan şəxslə cinsi əlaqədə olduğu üçün həbs edilib.

Əhməd Adanadan olan 8-ci sinif şagirdi N.D.S ilə internetdə tanış olub. Bir müddət sonra qıza aşiq olan Əhməd onu görmək üçün Türkiyəyə gedib. Qız ilə görüşən və onunla evlənmək istəyini bildirən Əhməd qarşı tərəfin valideynlərindən rədd cavabı alıb. Amma buna baxmayraq, cütlük münasibtləri davam etdirib.

8-ci sinif şagirdi Əhmədə cinsi əlaqədə olmağı təklif edib. Qız bundan sonra valideynlərinin onu Əhmədə verməyə məcbur olacaqlarını deyib. Əhməd razı olub. N.D.S xalasıgilə getmək adı ilə evdən çıxıb, oğlanla birlikdə Adanada yerləşən otellərdən birinə gediblər. Qız bütün olanları xalasına anladıb. N.D.S-nın anası qızının dərhal evə dönməsini tələb edib. Azyaşlı qız isə evlərinə Əhmədlə birgə gedib. Qızın anası polisi çağırıb və gənc oğlan saxlanılıb. N.D.S ona təcavüz edilmədiyini desə də, polis Əhmədi həbs edib.

Buna səbəb isə qızın 18 yaşa çatmaması olub.

Elvin


Müəllif:

Oxşar xəbərlər