Yaponiyanın Toşiba korporasiyası son 140 ilin ən böyük maliyyə itkilərinə uğrayıb.
Maliyyə ilinin sonuna qədər (mart ayında) şirkətin itkiləri 6 milyard dollara çatacaq. Gəlirlər eyni səviyyədə qalsa da, Toşibanın xərcləri 750 milyon dollar artacaq.
Toshiba vəsaitlərə qənaət məqsədilə kompüter istehsalı və tibb sahəsindəki biznesini satacaq. Eyni zamanda atom enerjisi sahəsində və yaddaş kartları istehsalında payını artıracaq. Şirkət ötən ilin sonunda 7800 işçisi ilə yollarını ayırmalı olmuşdu.
Toshiba 1938-ci ildə Tos və Hiba şirkətlərinin birləşməsi nəticəsində yaranıb.