11 Fevral 2016 11:21
1 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrədə böyük qalmaqal yaşanır. Sürixin Dietikon səmtindəki "Limmattal" həbsxanasında saxlanan, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvü olan 27 yaşlı Həsən Kako qaçıb. Suriyalı terrorçuya yardım edən isə həbsxananın nəzarətçisi, 32 yaşlı Angela Maqdiçi olub.

Həsən Kako Sürix şəhərinin Şlieren səmtində 15 yaşlı qıza təcavüz etdiyinə görə həbs olunmuş, 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Qızı aldadaraq avtomobilinə oturdan Həsən qurbanını mənzilinə aparıb və orada yeniyetməni dəfələrlə zorlayıb.

İstintaq zamanı Həsən Kako Suriyada axtarışda olduğunu, İŞİD sıralarında döyüşdüyünü deyib.

Həbsxanada da Kako əziyyət çəkməyib. Çünki Sürix şəhərindəki həbsxanada internet, idman zalı var. Bodibildinqlə məşğul olan Kako yaxşı qidalanıb, hətta nəzarətçi Angela Maqdiçi ilə "eşq macərası" yaşayıb.

Angela Maqdiçi terrorçuya vurulub, sonra isə onunla mütəmadi şəkildə cinsi əlaqədə olub. Kako qaçandan sonra tutulan Maqdiçinin davranışını şərh edən həbsxana rəhbərliyi deyib: "Buna inana bilmirik!"

A.Maqdiçinin mobil telefonunda Həsənin fotoları tapılıb və nəzarətçi hər şeyi etiraf etməli olub. Polisdən verilən məlumata görə, Həsən əslində Angelanı sevməyib və qaçışı əvvəlcədən planlayaraq bu qadın nəzarətçidən "yararlanmaq" qərarına gəlib: "Həsən Kako və onun əlaltısı azadlıqdadır. Onlar Sürix şəhərini qara rəngli, ZH 528 411 nömrə nişanlı BMW X1 avtomobilində tərk edərək İtaliyaya yollanıblar. Bu maşın Angela Maqdiçiyə məxsusdur".

Həbsxananın rəisi Rolan Surkrihen söyləyib: "Məhbuslarla təmasda olmamaq mümkün deyil. Amma hamımız peşəkarcasına davranmalı, məsafə saxlamalıyıq".

Angela Maqdiçinin əri, 25 yaşlı Vasili Maqdiçinin dediyinə görə, arvadı suriyalı terrorçunu sevib: "Onun Həsənə vurulduğunu bilirdim. Evdə Quran oxumağa başlamışdı. Angela İslamı qəbul edəcəyini, müsəlman olacağını da söyləyirdi. Son vaxtlar Türkiyədən olan qadınla rəfiqəlik edirdi. Türk dilini öyrənirdi, Türkiyəyə getmək istədiyini deyirdi. Qorxuram ki, Türkiyəyə, oradan da Suriyaya yollansın. Günlərin birində Ancelanın telefonunda ərəb dilində yazılmış SMS gördüm. Ərəb dilini bilən dostumdan bu SMS-i oxumasını istədim. Kako yazmışdı, erotik SMS idi".

Vasili Maqdiçinin sözlərinə görə, arvadı üç ay əvvəl Dielsdorfdakı evlərini tərk edərək rəfiqəsinin yanında yaşamağa başlayıb.

Angela Maqdiçi tay boksu ilə məşğul olur.

Milli.Az


Müəllif:

Oxşar xəbərlər