15 Fevral 2016 23:52
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya Kolumbiyası Universitetində işləyən alimlər tərəfindən yaradılmış şüşə yalnız ondan buraxılan işığı tənzimləmir, həm də gələcəkdə adi şüşədən televizora çevrilmək qabiliyyətinə malikdir.

Alimlər belə şüşə yaratmaq üçün onun üzərinə işığı buraxmaq qabiliyyətinə malik nazik metal qatı çəkiblər və əldə edilmiş şüşənin işığı buraxmaq qabiliyyəti yüksəlib. Metalın cərəyan keçirmə qabiliyyətini nəzərə alan istehsalçılar gələcəkdə şüşənin televiziya ekranına translyasiyasına nail olmaq istəyirlər. Alimlər displey üçün istifadə edilən materialların istehsal xəttini genişləndirmək istəyirlər. Elektrik cərəyanını keçirmək qabiliyyətinə malik nazik, şəffaf elementlərin mövcudluğu texnologiya üçün vacibdir.

İstehsalçılar sonrakı mərhələdə “ağıllı” şüşə ilə “Windows” sisteminin proqram mühitini inteqrasiya etmək istəyirlər. Belə inteqrasiyanın hədəfi enerji effektiv pəncərələrinin yaradılmasıdır.


Müəllif:

Oxşar xəbərlər