1 Mart 2016 13:40
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda təhsil alan azərbaycanlı gənc İbrahim Fərhadlının leykemiya xəstəsi olduğu aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bakalavr təhsilini Bakıda bitirdikdən sonra magistratura üçün Türkiyəyə gedən İbrahimin xəstə olduğu müəyyənləşib. Türkiyədə tibbi sığortası olmayanlar müalicə xərclərini özü ödəməli olur. Ailəsi ilk həftə müalicə üçün 16 min TL (təxminən 8300 manat), növbəti 1 ay üçün isə 40 min dollar (təxminən 62600 manat) ödəməli olub. Qohumları, xeyriyyə tədbirlərindən yığılan pullarla müalicə olunan İbrahimə ilik köçürülməlidir.

Bu məsələdə “Beşiktaş” klubunun futbolçuları İbrahim Fərhalıya dəstək olublar.

İbrahimə kömək etmək istəyənlər www.ibrahimedestekol.com linkinə daxil olaraq ətraflı məlumat əldə edə bilərlər.

Ramal


Müəllif:

Oxşar xəbərlər