Pəncərə silmək istəyən 8 aylıq hamilə Zeyneb Arıkeş ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərində baş verib. Məlumatlara görə, qadın hadisə yerində keçinib. Ancaq xoşbəxtlikdən körpənin həyatını xilas etmək mümkün olub.
Qohumları dünyaya gələn qız uşağına anasının adının veriləcəyini bildiriblər.
Elvin