25 May 2016 08:34
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən yaradılmış kvant lazeri baqajdakı bomba və başqa təhlükəli əşyaları dərhal aşkar etməyə imkan verəcək. Yığcam ölçülü qurğunun skan etmə müddəti 100 mikrosaniyə təşkil edir.

Kvant lazeri baqajın skan edilməsindən ötrü teraherslik spektr yaradır.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, qurğunun özəlliyi ondan ibarətdir ki, o, bir çox materialı tanıya bilər.

Əvvəllər istifadə olunmuş lazerlərin iki əsas çatışmazlığı var idi. Baqajın yoxlanılmasına 30 dəqiqə vaxt sərf olunurdu, bundan başqa nəhəng soyuducu blok tələb olunurdu.

Alimlər hər iki problemi həll ediblər: soyuducu blok tələb olunmur və baqajın yoxlanmasına 2 dəqiqə vaxt sərf edilir.

Kvant lazerindən istifadə aeroportlarda baqajın etibarlı skan edilməsi nəticəsində uçuşların təhlükəsizliyini yüksəltməyə imkan verəcək. Həmçinin qurğudan istifadə yoxlama vaxtını azaldacaq, ona görə sərnişinlər çox gözləməli olmayacaqlar.


Müəllif:

Oxşar xəbərlər