25 Dekabr 15:01
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan Prezidenti Emoməli Rəhmon "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, İlham Əliyevə ünvanlanan məktubda deyilir:

"Qazaxıstan Respublikasının Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə çoxsaylı insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Həlak olanların yaxınlarına səmimi qəlbdən başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər