Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, o, başsağlığı sözlərini “X” hesabında paylaşıb.
“Mənim azərbaycanlı dostlarım, “Azərbaycan Hava Yolları”nın təyyarəsinin faciəvi qəzaya uğraması ilə bağlı səmimi başsağlığımı qəbul edin. Gürcü xalqı bu çətin anlarda sizinlədir”, - başsağlığında deyilir.