Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanın Aktau şəhərində “AZAL”a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan XİN-ə ünvanlanan başsağlığında onlarla insanın həyatına son qoyan təyyarə qəzası xəbərindən böyük təəssüf ifadə olunub.
“Biz dost Azərbaycan hökumətinə və xalqına dərin hüznlə basağlığı bildiririk. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı olan Azərbaycanla həmrəydir. Xəsarət alanların tezliklə sağalmasını diləyirik”, - başsağlığında deyilir.