25 Dekabr 15:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Mülki Aviasiya Agentliyi “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, dövlət qurumu sərnişinlərin və ekipaj üzvlərinin həlak olması ilə bağlı dərin kədərini ifadə edib.

“Azərbaycan xalqına, qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinə və “Azərbaycan Hava Yolları” QSC-yə başsağlığı veririk. Bu faciədən zərər çəkənlərə ruh yüksəkliyi və tezliklə şəfa diləyirik”, - Agentliyin məlumatında deyilir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər