11:17
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistanın MDB-yə sədrliyi müxtəlif aspektləri əhatə edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahman yanvarın 23-də ölkəsinin 2025-ci ildə Müstəqil Dövlətlər Birliyində (MDB) sədrliyinə həsr olunmuş brifinq zamanı qeyd edib.

Səfir bildirib ki, bütün sahələrdə qarşılıqlı əlaqələrə əsaslanan mütəmadi tədbirlər həyata keçiriləcək.

"Nümayəndəlik fəaliyyətimiz MDB ölkələri arasında münasibətlərin inkişafını, MDB-nin beynəlxalq arenada imicinin yaxşılaşdırılmasını, 2030-cu ilə qədər MDB ölkələri arasında ticarət dövriyyəsinin artırılmasını, həmçinin, ölkələr arasında enerji sahəsində əməkdaşlığı, ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün daha müasir texnologiyalara keçidi də əhatə edir ",- İlhom Abdurahman diqqətə çatdırıb.

Səfir əlavə edib ki, gömrük prosedurları ölkələr arasında sadələşdirilməli, yeni mexanizmlər qəbul edilməli və beynəlxalq tranzitlə bağlı problemlər aradan qaldırılmalıdır.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər