Milli mətbuatın 150 illiyi ilə əlaqədar yubiley medalı təsis olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanun layihəsinə ediləcək dəyişiklikdə öz əksini tapıb.
Qeyd edək ki, müzakirə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yanvarın 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.